Bank Of Baku

Özbəkistanda keçirilən beynəlxalq gənclərin müəllif kinosu həftəsi çərçivəsində azərbaycanlı rejissorun “Anlama” filmi nümayiş olunub

Özbəkistanda keçirilən beynəlxalq gənclərin müəllif kinosu həftəsi çərçivəsində azərbaycanlı rejissorun “Anlama” filmi nümayiş olunub
# 08 iyun 2011 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Özbəkistanda “Fişka” adı altında özbək və beynəlxalq gənclərin müəllif kinosu həftəsi keçirilir. APA-nın xəbərinə görə, Daşkənddə keçirilən festivalda Azərbaycan da təmsil olunur. Bu festivalda azərbaycanlı rejissor Murad Muradovun 2008-ci ildə Kino Akademiyasında “Bakı mən səni sevirəm” layihəsi əsasında çəkdiyi “Anlama” filminin nümayişi təşkil olunub. Bu film cəmiyyətin insanlara qarşı olan biganəliyindən bəhs edir.
Festivalın təşkilatçıları Özbəkistan İncəsənət İnstitutunun məzunları Andrey Coy, Mahir Akimov və Şofik Yoldaşevdir. Festivalda Azərbaycanla yanaşı, Özbəkistan, Rusiya, Almaniya, Qırğızıstan iştirak edir. Festival çərçivəsində, eləcə də canlı musiqi ifaları və gənc rəssamların sərgisi də təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR