Bank Of Baku

Milanda TÜRKSOY Rəsm Sərgisi” keçiriləcək

Milanda TÜRKSOY Rəsm Sərgisi” keçiriləcək
# 09 iyun 2011 11:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İtaliyanın Milan şəhərində yerləşən Dünya Mədəniyyət Evində “TÜRKSOY Rəsm Sərgisi” keçiriləcək. APA-nın məlumatına görə,
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın müstəqilliyinin 20 ilinə həsr olunmuş sərgi iki həftə davam edəcək. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, KKTC, Altay Cümhuriyyəti, Başqırdıstan, Tatarıstan, Moldova rəssamalrının əsərləri sərgilənəcək. Sərgi TÜRKSOY Milan Bələdiyyəsi Mədəniyyət Dairəsi və İtaliyadakı Azərbaycan Mədəniyyət Dərnəyinin birgə təşkilatçılığı ilə 18 iyun – 3 iyul tarixlərində keçiriləcək.

Bu sərgi daha öncə Fransa, Almaniya, Lüsemburq və Litvada həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR