Bank Of Baku

Azərbaycanlı rejissorun “Bir addım” filmi beynəlxalq mükafat qazanıb – FOTO

Azərbaycanlı rejissorun “Bir addım” filmi beynəlxalq mükafat qazanıb – <font color=red>FOTO </font>
# 09 iyun 2011 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Başqırdıstanın Ufa şəhərində “Torpaq və insan” Beynəlxalq kinofestivalı keçirilib. Festivalda Azərbaycan, Almaniya, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin audiovizual məhsulları nümayiş olunub. Azərbaycanı “Bir addım” qısametrajlı bədii filmi təmsil edib. Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, “Bir addım” festivalın “qısa metrajlı bədii film” nominasiyasında “ən yaxşı səs rejissoru işinə görə” diplomuna layiq görülüb.
“Bir addım” qısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı təmsil edib, müxtəlif mükafat və diplomlara layiq görülüb. Film 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR