Bank Of Baku

“Neopolitanskie strasti” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək

“Neopolitanskie strasti” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək
# 10 iyun 2011 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə yalniz bir gün məhşur italyan dramaturqu Eduardo de Filipponun “Neopolitanskie strasti” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Rusiya Federasiyasından olan çox populyar, möhtəşəm aktyor heyəti çıxış edəcək.
Sentyabrın 24-nə planlaşdırılan tamaşada baş rollarda dünya kino və teatr tarixinin yaşayan əfsanəsi SSRİ xalq artisti Vladimir Etuşun başçılığı ilə, SSRİ xalq artisti İrina Kupçenko, Rusiyanın xalq artisti Vladimir Steklov, Rusiyanın əməkdar artisti Lidiya Velejeva və tanınmış aktyorlar Aleksey Panin, Vladimir Koval, Maksim Konovalov iştirak edəcəklər.
Tamaşa saat 19:00 başlayır. Biletlər artıq satışdadır və qiyməti 20 manatdan -100 manata qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR