Bank Of Baku

Koreyada Ömər Eldarovun əsərləri nümayiş olunub

Koreyada Ömər Eldarovun əsərləri nümayiş olunub
# 13 iyun 2011 09:16 (UTC +04:00)
Bakı – APA. İyunun 11-də Koreya Respublikasının Boryeong şəhərində yerləşən Geahva Sənət Parkında 8-ci Beynəlxalq Heykəltəraşlıq Sərgisi keçirilib. APA-nın xəbərinə görə, sərgidə Azərbaycanın xalq rəssamı, akademik Ömər Eldarovla bərabər dünyanın 10 ölkəsindən (İsrail, Argentina, Rusiya, Özbəkistan, Seneqal, Pakistan, İraq, Myanma, Çili, Paraqvay) gəlmiş heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə Ömər Eldarovun “Bölünmüş millət” adlı sənət əsəri Geahva Parkında ucaldılıb və beynəlxalq sərgiyə gələn yüzlərlə tamaşaçının diqqətini çəkib.

Beynəlxalq sərginin açılış mərasimində Cunqçonnamdo əyalətinin qubernatoru, Boryeoung şəhərinin meri, yerli idarəetmə orqanlarının başçıları, Koreyanın tanınmış sənət ustaları, Seulda yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar və Koreyanın aparıcı media nümayəndələri və yerli sakinlərlə bərabər üç yüzdən çox adam iştirak edib.

2004-cü ildə yaradılmış Geahva Parkında hazırda dünyanın 50 müxtəlif ölkəsindən gəlmiş tanınmış heykəltəraşların 78 sənət əsəri ucaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR