Bank Of Baku

İsrail incəsənət xadimləri Qəbələdə keçiriləcək musiqi festivalında iştirak edəcək

İsrail incəsənət xadimləri Qəbələdə keçiriləcək musiqi festivalında iştirak edəcək
# 13 iyun 2011 09:57 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. İyunun 26-da İsrail incəsənət xadimlərindən ibarət heyət Qəbələdə başlayacaq beynəlxalq musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək. APA-nın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, festivalda israillilər 18 nəfərlik balet şousu ilə çıxış edəcəklər. Söhbət İsrailin “Süzan Dalal” mərkəzinin balet truppasından gedir.

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem balet truppasının festivalda iştirakının ən yaxşı təəssürat yaradacağına əmin olduğunu bildirib: “Ənənəvi olaraq bu festivalda yalnız müsiqi kollektivləri iştirak edir. Amma İsrail üçün istisna edildi. Bizim incəsənt xadimləri Roosterin yeni quruluşu ilə gəlir. Bu, həm müasir baletin, həm rəqslərin, həm Şərqi Avropa müsiqisinin olduğu möhtəşəm bir şoudur. Əminəm ki, azərbaycanlı tamaşaçılar bundan valeh olacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR