Bank Of Baku

Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin yeni yay satış sərgisi açılıb

Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin yeni yay satış sərgisi açılıb
# 14 iyun 2011 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin yeni yay satış sərgisi açılıb. APA-nın məlumatına görə, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Əşrəf Heybətov, Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov, Qəyyur Yunus, Soltan Qara, Tatyana Ağababayeva, İsa Məmmədov, Sabir Kamil oğlu, Rusiko Çikvaidzenin əsərləri satışa çıxarılıb.

Satışa çıxarılan ən bahalı əsər Toğrul Nərimanbəyovun karton üzərində yağlı boya ilə işlənilən “Lirik kompozisiya” əsəridir. 1970-ci ildə çəkilmiş əsərin qiyməti 10 min 300 manatdır. Yeni yay satış sərgisinin bir ay davam edəcəyi gözlənilir.

Bakı İncəsənət Mərkəzindən bilidirlib ki, bu zamana kimi təşkil olunan satış sərgiləri çox müvəfəqiyyətlə başa çatıb. İlk gün olmasına baxmayaraq, sərgi ilə çoxlu sayda insan maraqlanır. Sərgi müddətində necə əsərin satıldığı ayın sonunda məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR