Bank Of Baku

“Nərimanfilm” Kinostudiyası Avstraliyada keçiriləcək müsabiqənin Azərbaycanda rəsmi siması olacaq

“Nərimanfilm” Kinostudiyası Avstraliyada keçiriləcək müsabiqənin  Azərbaycanda rəsmi siması olacaq
# 14 iyun 2011 14:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il noyabrın 24-də Avstraliyada 5-ci “Asia Pacific Screen Awards” film müsabiqəsi keçiriləcək. FIAPF beynəlxalq təşkilatının təşkil etdiyi müsabiqədə Asiya – Sakit okean bölgəsində yerləşən 70 ölkənin filmləri nümayiş olunacaq. “Nərimanfilm” kinostudiyası “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi siması olacaq. “Nərimanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, bundan sonra həmin müsabiqənin Azərbaycanda rəsmi siması olaraq 4 kateqoriya üzrə seçim ediləcək. Bədii, animasiya, tammetrajlı bədii, tammetrajlı uşaq filmlərinin ən yaxşısı müsabiqəyə göndəriləcək.

Məlumatda bildirilib ki, filmlər avqustun 1-dək təqdim oluna bilər. Müsabiqədə 10 nominasiya üzrə mükafatlar paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR