Bank Of Baku

Lənkəranın “Nənələr” folklor ansamblı Bakıda keçiriləcək III Respublika Festivalına dəvət alıb – FOTO

Lənkəranın “Nənələr” folklor ansamblı Bakıda keçiriləcək III Respublika Festivalına dəvət alıb – <font color=red>FOTO</font>
# 16 iyun 2011 07:47 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunun Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor mahnı və rəqs ansamblı iyunun 16-dan 18-dək Bakıda keçiriləcək azsaylı xalqların III Respublika Festivalına dəvət olunub. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev verib. Onun sözlərinə görə, Azərbaycanın ayrı-ayrı bölgələrindən bir sıra bədii özfəaliyyət kollektivlərinin qatılacağı bu sənət yarışmasında “Nənələr” “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Ay bala ceyran”, “Kinəlim-kinəlim” kimi Azərbaycan və talış xalq mahnılar ilə çıxış edəcək.
Qeyd edək ki, 22 il öncə yaradılmış və 6 nəfərlik üzvü olan “Nənələr” ansamblı dəfələrlə müxtəlif mahnı və rəqs müsabiqələrinin qalibi adını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR