Bank Of Baku

Bəstəkarlar İttifaqında “Gənclərlə iş” bölməsinin iclası keçirilib

Bəstəkarlar İttifaqında “Gənclərlə iş” bölməsinin iclası keçirilib
# 16 iyun 2011 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” bölməsinin iclası keçirilib. APA-nın məlumatına görə, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun rəhbərliyi ilə keçirilən iclasda gənc bəstəkar Türkər Qasımzadənin yeni əsərləri, o cümlədən, Avstriya bəstəkarı Beat Fürrerin piano ilə simfonik orkestr üçün konserti dinlənilib. İfalardan sonra çıxış edən bölmənin üzvləri Xanlar Novruzov, Sevda Hüseynova, Rüfət Ramazanov, Rüfət Xəlilov, Arzu Məmmədova, Turan Məmmədəliyeva T. Qasımzadəni yeni əsərlərinə görə təbrik edib, onlarda bir sıra tapıntılar, aydın məntiq, kompozisiya, maraqlı cəhdlər olduğunu qeyd ediblər.
Musiqişünas Turan Məmmədəliyeva T. Qasımzadənin “Xəzri” əsərini dramaturji cəhətdən kamil əsər olduğunu bildirib.
Daha sonra çıxışçılar Beat Fürrerin piano ilə simfonik orkestr üçün konsertinə də toxunaraq, bu əsərin müasir bəstəkarlıq texnikası baxımından dinləyicilərdə böyük maraq oyatdığını vurğulayıblar.
Qeyd edək ki, gənc bəstəkar Türkər Qasımzadə bəstəkarlıq ixtisası üzrə Bakı Musiqi Akademiyasının bakalavr dərəcəsini alaraq və ABŞ-da magistratura pilləsini bitirib. O, hazırda Rayko Futinq rəhbərliyi altında ABŞ-da doktoranturada təhsilini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR