Bank Of Baku

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində XIV TÜRKSOY Opera Günləri keçiriləcək

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində XIV TÜRKSOY Opera Günləri keçiriləcək
# 17 iyun 2011 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 19-29-da Türkiyənin Mərsin və İstanbul şəhərlərində, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində XIV TÜRKSOY Opera Günləri keçiriləcək. Konsertlərin 22 iyun Mərsində, 24-26 iyun Girnədə və 28 iyunda İstanbulda təşkil olunması planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, Tatarıstanın məşhur şairi Abdullah Tukayın doğumunun 125 illik yubileyinə həsr olunmuş bu ilki tədbirlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım (Ukrayna), Xakasiya, Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) 13 sənətçi qatılacaq. TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edəcək. İlahə Əfəndiyeva 2005-ci ildən adı çəkilən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub.

Xatırladaq ki, TÜRKSOY Opera Günləri 1994-cü ilin fevralında türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərara əsasən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR