Bank Of Baku

Azərbaycanlı rejissorun filmi Bolqarıstanda keçiriləcək “9th İn The Palace” Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək

Azərbaycanlı rejissorun filmi Bolqarıstanda keçiriləcək “9th İn The Palace” Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək
# 18 iyun 2011 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi iyun 18-dən 25-dək Bolqarıstanın Balçik şəhərində keçiriləcək “9th İn The Palace” Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. Festival çərçivəsində 35-dən artıq ölkənin 150 filmi əsas mükafalar uğrunda mübarizə aparacaq. Festivalın seçim komitəsi bu il 67 ölkədən 3000-dən artıq audiovizual məhsulu əsas proqram üçün nəzərdən keçirib. Festivalda Azərbaycanla yanaşı ABŞ, Kanada, Kuba, Fransa, Almaniya, İtalya, İspania və digər ölkələrin kino məhsulları nümayiş olunacaq. Filmin ssenari müəllifi – Esmira Eyyub, quruluşçu operatoru – Fərid Bağırov, montajçısı – Firudin İsmayılov, səs rejissoru – Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.

Xatirladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq fesivallarda mükafata layiq görülüb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR