Bank Of Baku

Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasının premyerası keçirilib

Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasının premyerası keçirilib
# 20 iyun 2011 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası keçirilib. APA-nın məlumatına görə, “Qatarın altına atılan qadın” tamaşası yazıçı Afaq Məsudun eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşada Mişel Leqranın musiqilərindən istifadə olunub. Tamaşaya Naxçivan MR-nın Əməkdar Incəsənət Xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib. İki hissəli tragikomediyada əsas rolları Kəmalə Hüseynova, Cəfər Namiq Kamal, Elxan Quliyev, Pərviz Bağırov, Sərdar Rüstəmov, Kazım Abdullayev, Hicran Nəsirova, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Elnar Qarayev, Şəhla Əliqızı və başqa aktyorlar ifa edir. “Qatarın altına atılan qadın”ın quruluşçu rəssamı dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkar-oranjemançısı Vüqar Camalzadədir. Tamaşada V.Şekspirin və R.Rövşənin əsərlərindən istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR