Bank Of Baku

Lənkəranda II Respublika Teatr Festivalı keçirilir – FOTO

Lənkəranda II Respublika Teatr Festivalı keçirilir – <font color=red>FOTO</font>
# 21 iyun 2011 12:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Yeni teatr” II Respublika Festivalı start götürüb. APA-nın Cənub bürosunun məlumatına görə, festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək tədbirin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müddəalarına müvafiq olaraq keçirildiyini, onun başlıca məqsədinin regionlarda mədəniyyətin daha da inkişaf etməsinə təkan verməkdən, bölgələrdə fəaliyyət göstərən teatrların bacarığını bu festival vasitəsi ilə nümayiş etdirməkdən , teatrlar arasında yaradıcılıq əlaqələrini möhkəmləndirməkdən, sənət mübadiləsinə şərait yaratmaqdan ibarət olduğunu bildirib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov isə festival iştirakçılarını lənkəranlılar adından salamlayaraq onların yaradıcılıq imkanlarının üzə çıxarılması üçün hər şəraitin yaradıldığını qeyd edib. Daha sonra Lənkəran Dövlət Dram Teatrının truppası Qriqori Qorinin “Herostratı unudun” tamaşasını nümayiş etdirib.
Qeyd edək ki, iyunun 27-nə kimi davam edəcək festivala respublikanın 12 dövlət və Bakı Bələdiyyə Teatrının kollektivi qatılacaq. Onu da xatırladaq ki, “Yeni teatr” I Respublika Festivalı 2009-cu ildə Gəncədə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR