Bank Of Baku

İncəsənət Muzeyində tanınmış rəssam Hafiz Məmmədovun 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək

İncəsənət Muzeyində tanınmış rəssam Hafiz Məmmədovun 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək
# 22 iyun 2011 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Milli Azərbaycan Dövlət İncəsənət Muzeyində əməkdar incəsənət xadimi, tanınmış rəssam Hafiz Məmmədovun 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sərgi iyunun 24-dən 28-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək. Budəfəki sərgidə rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərlər nümayiş etdiriləcək. Nümayiş olunan əsərlər Milli Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından seçilib.

Xatırladaq ki, 1959-1973-cü illər ərzində Hafiz Məmmədovun Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə sərgiləri keçirilib. Rəssamın sonuncu sərgisi vəfatından bir il sonra, yəni 1996-cı ildə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR