Bank Of Baku

Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Azərbaycan tamaşalarını izləyib

Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Azərbaycan tamaşalarını izləyib
# 22 iyun 2011 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Qoran İnjak bu günlərdə Bakıda işgüzar səfərdə olub. APA-nın xəbərinə görə, institutun təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi Azərbaycan teatrı ilə xüsusi tanışlıq və gələcək əməkdaşlıq üçün bazanın yaradılmasından ibarətdir. Qoran İnjak Bakıda olduğu müddətdə Azərbaycan teatrları ilə tanış olub, Dövlət Pantomim Teatrı, Rus Dram Teatrı, YUĞ Dövlət Teatrı və digər teatrların tamaşalarını izləyib. Qonaq ilkin təhqiqat işini həyata keçirib, paytaxt teatrlarının yaradıcılıq istiqaməti, bədii-estetik səviyyəsi, fəaliyyət prinsipləri ilə tanış olub. YUĞ Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, A.Mitskeviç adına İntstitutun əməkdaşı burada “Mən, Məhəmməd Füzuli” səhnə divanı layihəsi çərçivəsində hazırlanan tamaşaları izləyib və yüksək dəyərləndirib. Həmçinin YUĞ Teatrının yaradıcılıq metodu, “Psixosof” poetikası, teatr sənətinin çağdaş inkişaf tendensiyaları və bu kimi mövzularda fikir mübadiləsi aparılıb: “Dünya teatr məkanına inteqrasiyanı, qabaqcıl dünya və Avropa teatrları ilə əməkdaşlığı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qəbul edən YUĞ Dövlət Teatrı A.Mitskeviç adına İnstitutla əməkdaşlığa çox böyük önəm verir. Düşünürük ki, bu İnstitutla əməkdaşlıq YUĞ Teatrına Avropanın qabaqcıl teatr şəbəkəsinə qoşulmaq üçün yeni imkanlar açacaq. Qoran İnjakın sözlərinə görə, cari ilin oktyabr ayında Polşanın Krakov şəhərində keçiriləcək teatr xadimlərinin konfransında Azərbaycan teatrları, o cümlədən YUĞ Teatrı ilə qarşılıqlı əməkdaşlıq məsələsinin konkret detalları müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR