Bank Of Baku

Azərbaycanın opera müğənnisi İtaliyada “Sour Angelica” operasında əsas partiyanı ifa edib

Azərbaycanın opera müğənnisi İtaliyada “Sour Angelica” operasında əsas partiyanı ifa edib
# 23 iyun 2011 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliyada səfərdədir. Bu barədə APA-ya məlumat verən Fidan Hacıyeva bildirib ki, vokal sənətinin vətəni sayılan İtaliya səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edib. İtaliyanın Rimini şəhərinin opera səhnəsində çıxış edən ilk azərbaycanlı ifaçı da məhz Fidan Hacıyeva olub. Əməkdar artist operanın nümayişinin uğurla baş tutduğunu bildirib və İtaliya tamaşaçılarının böyük rəğbətini qazanıb.
F.Hacıyeva onu da qeyd edib ki, İtaliyada səfər müddətində artıq ilk konsertdə çıxış etmək təklifi alıb. Bu konsertlərdən biri Roma, digəri isə Milanda baş tutacaq. Konsertlərin iyulun ortalarında keçirilməsi nəzərdə tutulur. F.Hacıyevanın bu dəfəki İtaliya səfəri iyunun 27-də yekunlaşacaq. Sözügedən konsertlərdə çıxış etmək üçün isə iyulda yenidən İtaliyaya gedəcək.

Operanın nümayişi iyunun 26-na kimi davam edəcək. Əvvəlcə Rimini şəhərində göstərilən opera Katolika, Fano, Pesaro, Bolonya, Cesena, Forli, Cento şəhərlərində də nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR