Bank Of Baku

Azərbaycanın Macarıstandakı səfirliyində “Əcdadlarımızın xatirəsi” adlı fotosərgi keçirilib – FOTO

Azərbaycanın Macarıstandakı səfirliyində “Əcdadlarımızın xatirəsi” adlı fotosərgi keçirilib – <font color=red>FOTO </font>
# 23 iyun 2011 11:56 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyi və Macar – Turan Fondunun birgə təşkilatçılığı ilə səfirlikdə “Əcdadlarımızın xatirəsi” adlı fotosərgi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, sərgidə 2010-cu ilin 6-8 avqust tarixlərində Macarıstanın Buqats adlı bölgəsindəki Kişqunşaq Milli Parkında keçirilmiş Böyük Qurultay zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilib. İndiyə qədər üç dəfə təşkil olunan Böyük Qurultayın keçirilməsində əsas məqsəd türk–hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub. Azərbaycanı ötən ilki tədbirdə professor M. Kərimovun rəhbərliyi altında Qədim Musiqi Alətləri Ansamblı təmsil edib.

Sərgini giriş sözü ilə açan səfir Vilayət Quliyev bildirib ki, Azərbaycan xalqı macarları qohum xalq hesab edir. Bu səbəbdən macarların öz köklərini türk dünyası ilə bağlaması, türk xalqlarını, o cümlədən azərbaycanlıları qardaş xalq hesab etməsi qürurverici və sevindirici haldır. Macar-Turan Fondunun rəhbəri Andraş Biro Jolta da macar və türk xalqlarının qohumluq əlaqələrinin araşdırılmasının son dərəcə zəruri olduğunu, rəhbərlik etdiyi Macar-Turan Fondunun bundan sonra da bu sahədə fəaliyyət göstərəcəyini söyləyib.

Tədbirdə Macarıstan parlamentinin sədr müavini Şandor Lejak, Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Marton Dyöndöşi, Jobbik Partiyasının sədr müavini Tamaş Hegedüş, Macarıstan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya Departamentinin rəhbəri, səfir Ernö Keşkeni, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev, diplomatik korpusun nümayəndələri, elm və mətbuat dairələrinin, macar ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR