Bank Of Baku

Azərbaycanda “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanda “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 23 iyun 2011 12:41 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək festivala Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, Ukrayna, Norveç, Polşa, Hindistan, Cənubi Koreya və digər ölkələrdən iştirakçılar qatılacaq. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival çərçivəsində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Cavad Tağızadənin “Xalçanın musiqi sehri” adlı multimedia layihəsinin təqdimatı, Azərbaycan Bəstəkarlar İttifaqında etno-caz konserti, Şirvanşahlar sarayında Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operasının nümayişi keçiriləcək. Eyni zamanda Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə Şopen, List və Qara Qarayevin fortepiano əsərlərindən ibarət konsert, Amaan Əli Xanın rəhbərliyi ilə “Sarod” ansamblının (Hindistan), Ukraynanın “Rikoşet” simli kvartetinin, Azərbaycan Dövlət Qədim musiqi alətləri ansamblının - Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının iştirakı ilə konsertlər baş tutacaq.

Bakının ev sahibliyi edəcəyi beynəlxalq festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına konsert salonunda pianoçu Stanislav Deyanın ustad dərsləri də planlaşdırılır.

Qeyd edək ki, “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı ötən il Şəki şəhərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR