Bank Of Baku

Akademik Milli Dram Teatrında bir neçə tamaşanın məşqləri gedir

Akademik Milli Dram Teatrında bir neçə tamaşanın məşqləri gedir
# 27 iyun 2011 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Teatr mövsümünün sonuna yaxınlaşmasına baxmayaraq, Akademik Milli Dram Teatrında yaradıcı proses səngimədən davam edir.
Hazırda teatrda paralel şəkildə bir neçə tamaşanın məşqləri gedir. Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, bu tamaşalardan biri Eduardo de Filipponun “Kabuslar” əsəri əsasında hazırlanan tamaşadır. Tamaşanın janrı iki hissəli mistik tragikomediya kimi müəyyən olunub. Pyesi Azərbaycan dilinə quruluşçu rejissor Nicat Kazımov tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada rəqslərə Sənan Hüseynli, səhnə tryuklarına İsa Əsədov quruluş verib. Tamaşada xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Şükufə Yusupova, əməkdar artistlər Ayşad Məmmədov, Münəvvər Əliyeva, Məsmə Aslanqızı, Cəfər Əhmədov, Pərviz Bağırov, Sevinc Əliyeva, aktyorlar Rövşən Kərimduxt, Elşən Rüstəmov, Həcər Ağayeva, Kəmalə Hüseynova, Rəşad Bəxtiyarov, Şəhla Əliqızı, Aslan Şirinov, Mətləb Abdullayev, Vüsal Mustafayev, Rada Nəsibova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Elçin Əhmədov iştirak edirlər. Tamaşanın premyerası iyul ayının birinci yarısına nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR