Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Milli Azərbaycan Tarixi Muzeyində  “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
# 27 iyun 2011 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 28 iyun - 2 iyul tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə APA-ya Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məlumat verib. Onun sözlərinə görə, son zamanlar AMEA Milli Azərbaycan Tarixi Muzeyində yerli və beynəlxalq muzeylərin müasir vəziyyəti və inkişaf perspektivləri, mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi, muzeylərdə tədris məsələsi sahəsində əldə edilən nailiyyətləri əhatə edən seminar, simpozium və konfranslar tez-tez keçirilir.
Konfrans çərçivəsində mədəni İrsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr nəzərdə tutulduğunu qeyd edən Fariz Xəlilli həmçinin onu da bildirib ki, konfrans zamanı bir sıra xarici ölkələrin tanınmış mütəxəssislərin çıxışları olacaq: “Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Bolqarıstan, Livan, Qazaxıstan və digər ölkələrin mütəxəssisləri müasir muzeylərin durumu və inkişaf perspektivləri ilə əlaqədar məruzə ilə çıxış edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR