Bank Of Baku

Macarıstanda Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı çap edilib

Macarıstanda Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı çap edilib
# 30 iyun 2011 09:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə tanınmış xalçaçı alim, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbəri, sənətşünaslıq doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı Budapestin “Korvina” nəşriyyatında 1000 nüsxə tirajla nəfis şəkildə çap edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, 1795-ci ildən fəaliyyət göstərən “Korvina” nəşriyyatı əsasən sənətşünaslıqla bağlı əsərlərin, dünya rəssamlarının albomlarının, təsviri sənət nümunələrinin və s. nəşri üzrə ixtisaslaşıb.

Kitabı macar dilinə Andraş Soproni tərcümə edib. Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev əsərə xalçanın Azərbaycan xalqının maddi-mədəni həyatında və məişətində oynadığı böyük roldan bəhs edən “Ayrılmaz yol yoldaşımız – Azərbaycan xalçası” adlı müqəddimə yazıb.

Yaxın vaxtlarda kitabın Budapeşt təsviri sənət muzeyində təqdimatının keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR