Bank Of Baku

Naxçıvanda türkiyəli rəssam Hüseyn Yıldırımın fərdi sərgisi açılıb

Naxçıvanda türkiyəli rəssam Hüseyn Yıldırımın fərdi sərgisi açılıb
# 30 iyun 2011 13:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Naxçıvanda məşhur türk rəssam Hüseyn Yıldırımın fərdi sərgisinin açılış mərasimi olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sərgi Naxçıvanda Türkiyə Baş Konsulluğunun sərgi salonunda baş tutub. Mərasimi Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginar açıb. O, ölkəsinin tanınan rəssamlarından olan Hüseyn Yıldırımın burada sərgisinin keçirilməsindən məmnun olduğunu bildirib: “Bu cür mədəni fəaliyyətlər qardaş Azərbaycan və Türkiyə xalqını, Türkiyə ilə Naxçıvan Muxtar Respublikasını daha da yaxınlaşdırır”.
Rəssam Hüseyn Yıldırım da çıxışı zamanı Naxçıvanda sərgisinin açılmasından məmnunluğunu dilə gətirib. Rəssam ona bu imkanı yaratdığına görə, Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginara və Naxçıvan MR rəsmilərinə minnətdarlığını bildirib.

Sərgidə Hüseyn Yıldırımın akvarel və yağlı boya ilə işlədiyi 16 əsəri nümayiş olunub. Sərgi üç gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR