Bank Of Baku

Bakı Uşaq Teatrında “Məzəli hadisə” nümayiş olunacaq

Bakı Uşaq Teatrında  “Məzəli hadisə” nümayiş olunacaq
# 01 iyul 2011 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 5-də Bakı Uşaq Teatrında yeni tamaşanın ictimai baxışı keçiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, “Məzəli hadisə” adlanan tamaşa məşhur yazıçı K.Qaldonin pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru respublikanın xalq artisti Ağaxan Salmanlıdır. “Məzəli hadisə” iki hissəlidir və komediya janrındadır. Hadisələr Hollandiyanın Haaqa şəhərində baş verir. Böyüklər üçün nəzərdə tutulan tamaşa Fransız zabitinin Hollandiya tacirinin qızına aşıq olmasından bəhs edir.
Rollarda İlhamə Əhmədova, Ruslan Mürsəlov, Könül Şahbazova, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov iştirak edir. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR