Bank Of Baku

Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş sərgi keçirilib

Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş sərgi keçirilib
# 02 iyul 2011 10:29 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş sərgi açılıb. APA-nın Qərb bürosunun məlumatına görə, sərgi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Tədbirdə şəhərin orta təhsil müəssisələri və ali məktəblərinin yaratdığı guşələrdə şairin müxtəlif illərdə nəfis tərtibatda nəşr olunmuş kitabları, Nizami Gəncəvi qəhrəmanlarının yağlı boya ilə çəkilmiş rəsmləri, şairin rəsmi olan müxtəlif ölçülü xalçalar, şagirdlərin çəkdiyi rəsmlər, Gəncənin qədim mədəniyyətini əks etdirən dulusçuluq, misgərlik, xəttatlıq nümunələri nümayiş olunur. Bütün rəsmlərin altında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” sözləri yazılıb.
Nizami dövrünün qəhrəmanlarının obrazlarını yaradan şagirdlər müxtəlif məktəblərin pavilyonlarında “Xəmsə”dən səhnəciklər göstərib, şairin qəzəllərini deklamasiya ilə söyləyiblər. Sərginin diqqətçəkən məqamlarından biri 25 saylı orta məktəbin yaratdığı guşədə yerli xəttatlar tərəfindən üzü köçürülmüş müqəddəs “Qurani-Kərim” kitabı olub. Şəxsi fondda saxlanılan “Qurani-Kərim” Gəncənin qədim nəsillərindən birinə məxsusdur və uzun əsrlərdir nəsildən-nəsilə keçərək günümüzə gəlib çatıb.
Sərgi axşam saatlarına kimi davam edəcək. Qeyd edək ki, bu gün Gəncəyə səfərə gələn İran parlamentinin sədri Əli Laricaninin rəhbərlik etdiyi nümayəndə heyəti sərgiyə tamaşa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR