Bank Of Baku

Fuad Poladov sabahdan Akademik Milli Dram Teatrında məşqlərə başlayacaq

Fuad Poladov sabahdan Akademik Milli Dram Teatrında məşqlərə başlayacaq
# 04 iyul 2011 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti Fuad Poladov sabahdan Akademik Milli Dram Teatrında məşqlərə başlayacaq. APA-nın məlumatına görə, aktyor bu teatrın səhnəsində İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında baş rolu oynayacaq. Tamaşada Həsənzadə rolunu Fuad Poladov, Nargilə rolunu isə Məsmə Aslanqızının canlandıracağı gözlənilir. Bu tamaşaya Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov quruluş verəcək. Tamaşanın məşqlərinin bir müddət davam edəcəyi gözlənilir. Yeni mövsümdə isə “Sən həmişə mənimləsən” tamaşası artıq tamaşaçıların ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR