Müslüm Maqomayevin yaşadığı binaya vurulmuş barelyefinin açılış mərasimi keçirilib
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev barelyefin bu gün açılmasını tarixi hadisə kimi qeyd edib və bu barelyefin açılışının bu günə salınmasının səbəbini açıqlayıb: “Bu gün çox sevimli insanımız, Müslüm müəllimin ömür-gün yoldaşı Tamara xanımın ad günüdür. Bu barelyef Tamara xanıma bir hədiyyədir. Müslüm Maqomayev Azərbaycanın daima yaşayacaq sənətkarıdır. Onun səsi heç zaman qulaqlarımızdan getməyəcək və bu səs bizə hər zaman zövq verəcək”.
Müslüm Maqomayevin böyük sənətkar olduğunu qeyd edən Fərhad Bədəlbəyli, 2012-ci ildə sənətkarın anadan olmasının 70-ci il dönümünün olacağını diqqətə çatdırıb. F.Bədəlbəyli bildirib ki, o bu yubileyin yüksək səviyyədə və M.Maqomayevin adına layiq keçiriləcəyinə əmindir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə deyib ki, Müslüm Maqomayev Azərbaycan və Rusiya dostluğunun simvollarından biridir. Səfir sənətkarın Rusiyada çox sevildiyini vurğulayıb: “Mən az yaşlarımdan Müslümün səsi ilə böyümüşəm. Hər zaman onun səsinə vurğun olmuşam və biz heç birimiz Müslümü özümüzə yad hesab etmirik, Müslüm bizim üçün çox doğmadır”.
Sənətkarla uzun illər dostluq etmiş xalq artisti Eldar Quliyev isə çıxışına “Müslüm, evinə xoş gəlmisən” sözləri ilə başlayıb. O, M. Maqomayevin hər zaman ürəklərdə yaşayacağını vurğulayıb.
Xalq artisti Xuraman Qasımova da sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Barelyefin müəllifi Ömər Eldarov M. Maqomayevin sənətinin ən pik nöqtədə olduğunu deyərək, bu işin onun adı ilə bağlı olmasından şərəf duyğunu vurğulayıb.
Mərasimin sonunda çıxış edən Tamara Sinyavskaya Müslüm Maqomayevin heç zaman unudulmadığından və onun adının daima yüksək tutulduğundan məmnun olduğunu dilə gətirib: “Bu ünvan mənim həyatımdır. Həyatımda heç bir şeyi unuda bilmərəm. Çox sevinirəm ki, Müslüm hər zaman böyük hörmətlə anılır. Buna görə şəxsən ölkə başçısı İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm”.
Mərasim sənətkarın ifasında “Azərbaycan” mahnısının sədaları altında və gurultulu alqışlarla başa çatıb.
İncəsənət
Kadir İnanır vəfat edib
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Xəbər Lenti
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır