Bank Of Baku

Emin Ağalarov: “Hər konsertimdə Müslüm Maqomayev mütləq anılacaq” – FOTO

Emin Ağalarov: “Hər konsertimdə Müslüm Maqomayev mütləq anılacaq” – <font color=red>FOTO </font>
# 06 iyul 2011 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri sabah Bakıda Yaşıl Teatrda solo-konsert proqramı ilə çıxış edəcək müğənni Emin Ağalarov jurnalistlərə açıqlamasında deyib.
Müslüm Maqomayevin barelyefinin açılış mərasimində iştirak edən E. Ağalarov konserti ilə bağlı geniş məlumat vermək istəməyib: “Bu gün bütün sözlər ancaq və ancaq Müslüm Maqomayevə aiddir”. M. Maqomayevi ustadı saydığını deyən müğənni onun haqqında fikirlərini söyləyib: “Düşünürəm ki, Müslüm Maqomayevi anmadan konsertim tam ola bilməz. Onun mənə qarşı münasibətini heç zaman unuda bilmərəm. Müslüm Maqomayev yaradıcılığıma hər zaman dəstək verən müəllimim olub. O mənə daima ümid verib. Məni müğənni olmaq üçün həvəsləndirib”.

Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Bakıda Yaşıl Teatrda solo-konsert verəcək. Hər zaman olduğu kimi, müğənninin bu konserti də xeyriyyə məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR