Bank Of Baku

Azərbaycanlı solist TÜRKSOY Beynəlxalq opera sənəti festivalında çıxış edib – FOTO

Azərbaycanlı solist TÜRKSOY Beynəlxalq opera sənəti festivalında çıxış edib – <font color=red>FOTO </font>
# 06 iyul 2011 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkdilli dövlətlərin beynəlxalq mədəniyyət təşkilatı TÜRKSOY-un xətti ilə hər il Türkiyədə keçirilən Beynəlxalq opera sənəti festivalında bu il Azərbaycanın opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti İlahə Əfəndiyeva təmsil edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər müddətində İ. Əfəndiyeva Mersin, İstanbul və Şimali Kiprin Girnə şəhərlərində keçirilən çoxsaylı konsertlərdə iştirak edib. Festivalda azərbaycanlı vokalçı ilə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Xakasiya, Qaqauz yeri və Şimali Kiprdən olan opera sənətçiləri də iştirak ediblər. Konsertlərdə Mersin Opera və Balet Teatrı simfonik orkestrinin müşayiəti ilə çıxış edən İ.Əfəndiyeva C.Verdinin “Traviata” operasından Violettanın və C.Puççininin “Madam Batterflyay” operasından Çio-Çio-Sanın ariyalarının ifa edib. Onun festivaldakı çıxışları həm tamaşaçılar, həm də Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilib.

İ. Əfəndiyevanı yeni teatr mövsümündə Samsun Opera və Balet Teatrında Puççininin “Boqema” operasında çıxış etmək üçün dəvət alıb. TÜRKSOY-un baş direktoru Dyüsen Kaseinov İ. Əfəndiyevanın çıxışını yüksək qiymətləndirib və onu “Abdulla Tuqay ili” çərçivəsində TÜRKSOY xətti ilə keçiriləcək festivalda iştirak etməyə dəvət edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR