Bank Of Baku

Qarabağ xalçası toxumaq üçün sexlər yaradılacaq

Qarabağ xalçası toxumaq üçün sexlər yaradılacaq
# 07 iyul 2011 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın müxtəlif yerlərində Qarabağ xalçası toxumaq üçün sexlər yaradılacaq. APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, xalça sexlərin tikilməsi qaçqınlar və məcburi köçkünlər arasında işsizliyinin aradan qaldırılması, eyni zamanda Azərbaycan xalçaçılıq sənətinin yaşanması və bu xalçaların məhz Azərbaycana məxsusluğunun dünya ictimaiyyətinə sübut olunmasına zəmin yaradacaq: “Bütün dünya ictimaiyyəti Azərbaycanda xalçaçılıq sənətinin nə qədər qədim olduğunu görməli və bilməlidir. Sexlər hazır olduqdan sonra “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi müraciət edənlərin bu sexlərdə işlə təmin olunmalarına kömək edəcək. İstəyirik Bakıda da xalçatoxuma sexi olsun. Maliyyə məsələsinə gəlincə, onlar toxuduqları xalçalara görə əməkhaqqı alacaqlar, eyni zamanda biz xalçalarının satışına kömək edəcəyik”.

İcma bu layihəni Azərbaycan Xalçaçılar Birliyi ilə birgə həyata keçirmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR