Bank Of Baku

“Həyat bir teatrdır” Azərbaycan filmi İtaliyada keçiriləcək beynəlxalq kinofestivalında iştirak edəcək

“Həyat bir teatrdır” Azərbaycan filmi İtaliyada keçiriləcək beynəlxalq kinofestivalında iştirak edəcək
# 08 iyul 2011 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Buta Film” kinostudiyasında çəkilən gənc Azərbaycan rejissoru İlqar Nəcəfin “Həyat bir teatrdır” qısametrajlı filmi İtaliyada keçiriləcək “SinemaDaMadar” beynəlxalq kinofestivalında iştirak edəcək. APA-nın məlumatına görə, festival avqust 28-dən sentyabrın 11-dək davam edəcək. Azərbaycanı bu festivalda təmsil edən film iyun aynda Sardiniyada keçirilən VI Beynəlxalq kinofestivalda iştirak edib. “Həyat bir teatrdır” filmində kənd aktyorunun həyatı barədə danışılır.

Filmin prodüserləri - Əli İsa Cabbarov və Asif Rüstəmov, operatoru Adil Abbasov, baş rəssamı Əziz Məmmədov, icraçı prodüserlər Vidadi Rüstəmov və Çingiz Həsənovdur.

Qeyd edək ki, İlqar Nəcəf Berlində keçirilən “Talent kampus” kinofestivalında ilk iştirakçılar sırasında olub. Onun “Buta” adlı ssenarisi Beynəlxalq AVANTİ müsabiqəsində uğurla iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR