Bank Of Baku

Əbülfəs Qarayev ermənilərin Azərbaycan mədəniyyət nümunələrini növbəti dəfə mənimsəməsi faktına münasibət bildirib

Əbülfəs Qarayev ermənilərin Azərbaycan mədəniyyət nümunələrini növbəti dəfə mənimsəməsi faktına münasibət bildirib
# 11 iyul 2011 09:14 (UTC +04:00)
Nazir APA-nın sualını cavablandırarkən Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnının və “Naz eləmə” milli rəqsimizi oğurlayaraq öz sözləri ilə ifa edən erməni sənətçilərini bir daha qınayıb. “Bu faktlarla biz gələcəkdə də rastlaşacağıq. İndi siz də, biz də, dövlət də, ictimaiyyətimiz də, ən əsası alimlər və musiqişünaslar sübut etməlidirlər ki, bu onlara yox, Azərbaycana məxsus musiqidir. Əminəm ki, hər zaman olduğu kimi, ədalət öz yerini tapacaq. Biz nə qədər ermənilərlə müharibə və mübarizə şəraitində yaşayacağıqsa, bu faktlar daim olacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, bu dəfə Ermənistanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacıları Azərbaycanın incəsənət nümunələrini özününküləşdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR