Bank Of Baku

İtaliyada keçiriləcək “Festa de noantre” milli festivalında Azərbaycan da təmsil olunacaq

İtaliyada keçiriləcək “Festa de noantre” milli festivalında Azərbaycan da təmsil olunacaq
# 11 iyul 2011 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İtaliyanın paytaxtı Romada keçiriləcək “Festa de noantre” milli festivalında Azərbaycan da təmsil olunacaq. APA-nın məlumatına görə, festivalda Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə təmsil edəcək. Azərbaycan vokalçısı festivalda “Osolemio” və “Camayka” mahnılarını ifa edəcək. İyulun 13-16-da keçiriləcək festival çərçivəsində E. Eminzadə İtaliyanın musiqiçiləri ilə görüşəcək, o cümlədən məşhur vokal ifaçısı Robertino Lorettinin qonağı olacaq.

Məlumatda o da bildirilib ki, Robertino Lorettinin iştirakı ilə bu il fevralın 13-də Bakıda keçirdiyi konsertdə Emin Eminzadə italiyalı vokalçının ifasında məşhur olan “Camayka” mahnısını ifa edərək, məşhur müğənnini təəccübləndirib. E. Eminzadənin İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri də Robertino Loretti olub.

Qeyd edək ki, E. Eminzadə vokal üzrə Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir. Gənc ifaçı Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin Musiqi Məktəbində təhsil alır. Eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR