Bank Of Baku

Tarzən Möhlət Müslümov Ərdəbildə keçirilən tədbirdə iştirak edib – FOTOSESSİYA

Tarzən Möhlət Müslümov Ərdəbildə keçirilən tədbirdə iştirak edib – <font color=red>FOTOSESSİYA </font>
# 11 iyul 2011 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, professor, tarzən Möhlət Müslümov Ərdəbildə səfərdə olub. Bu barədə APA-ya məlumat verən tarzən bildirib ki, səfərinin məqsədi ərdəbilli heykəltəraş və xanəndə Vədud Müəzzin 50 illik yubiley tədbirində iştirak etmək olub. Möhlət Müslümov tədbirdə xüsusi qonaq qismində iştirak edib. O mərasimdə “Segah” muğamını solo ifa edib. Şeyx Səfi türbəsində keçirilən tədbirdə yubilyar Möhlət Müslümovun müşayiəti ilə “Rast” muğamını da səsləndirib. Daha sonra yubiley konserti xalq artistinin oğlu, tarzən Rüstəm Müslümovun müşayiəti ilə davam edib.

Tarzən bildirib ki, səfər zamanı ona Vədud Müəzzinlə birgə Ərdəbil və Təbrizdə solo-konsertlərinin təşkili təklif olunub. Konsertlər sentyabrın əvvəlinə planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR