Bank Of Baku

Azərbaycan rəqqasları Türkiyədə keçirilən beynəlxalq rəqs müsabiqəsində ikinci olub – FOTO

Azərbaycan rəqqasları Türkiyədə keçirilən beynəlxalq rəqs müsabiqəsində ikinci olub – <font color=red>FOTO </font>
# 12 iyul 2011 07:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyədə keçirilən beynəlxalq rəqs müsabiqəsində Azərbaycan rəqqasları ikincilik əldə edib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, müsabiqənin birincisi Gürcüstan, üçüncüsü isə Kosova rəqqasları olub.

Yeniməhəllə Bələdiyyəsi ilə Acity AVM və MCD Gənclik Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq rəqs müsabiqəsi ikinci dəfə düzənlənib. Ev sahibi olması səbəbindən Türkiyə müsabiqədə iştirak etməyib. Yarışmada Azərbaycanla yanaşı, Gürcüstan, Bolqarıstan, Rumıniya, Kosova, Bosniya və Hersoqovina, Puerto Riko, Serbiya rəqqasları iştirak edib. Qələbə qazanan Gürcüstan rəqqaslarına birincilik kubokunu başqan Fethi Yaşar təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR