Azərpaşa Nemətov: “İstedadlı rejissor olmaq başqa şeydir, baş rejissor olmaq başqa...” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Azərbaycan teatrının mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan teatrı intibah dövrünü yaşamır, keçid dövrünü yaşayır. Ancaq bunu güclü böhran saymıram, ancaq intibah da deyil. Yəqin ki, burada nəsillərin dəyişməsi məsələsi var. Həm dramaturgiya, həm rejissura, həm aktyor sənətində, ümumiyyətlə teatrın hər sahəsində nəsillərin dəyişməsi prosesi gedir. Amma bu proses islahatlarla olmalıdır. Artıq islahatlara start verilib və bu islahatlar Akademik Milli Dram Teatrından başlayıb. Fikrimcə, bu islahatlar daha köklü və dəqiq olmalıdır. Yalnız belə olduqda biz 3-4 il sonra görülən işlərin nəticəsinin şahidi ola bilərik.
- Uzun illərdir, teatr xadimlərindən Azərbaycan teatrının mövcud vəziyyəti ilə bağlı suala birmənalı olaraq “keçid dövründədir” cavabını alırıq. Bir peşəkar kimi, deyə bilərsinizmi dünya teatrlarında bu qədər uzunmüddətli keçid dövrü olubmu?
- Bu məsələ Azərbaycan teatrında bir az başqa cürdür. Dünya teatrları isə iş prinsipini başqa formada qururlar. Dünya teatrlarında bazar iqtisadiyyatıdır. Rejissorları dəvət edəndə onların qonorarları çox yüksək olur. Dünya teatrlarında işləyən rejissorlar hazırladığı bir tamaşa müqabilində bir il dolanmaq üçün pul alırlar. Gəncliyimdə dünyanı çox gəzmişəm və görmüşəm. Amerikada, Brodveydə və digər yerlərdə görmüşəm ki rejissor dəvət olunur, onlara çox böyük qiymət verilir.
- Bəlkə teatrımızın hələ də keçid dövründə olmasının səbəbi yerli teatrlarımızda hökm sürən teatr daxili mübahisələr, intriqalardır?
- Teatr daxili münaqişələr hər zaman olub. Bu hal dünya teatrlarında da baş verir. Azərbaycan teatrlarında müşahidələrim nəticəsində görmüşəm ki, çox nadir hallarda direktorla baş rejissor bir yerdə işləyəndə vəziyyət normal olur. Müəyyən vaxt keçib, sonra baş rejissorun xoşuna gələn şey direktorun xoşuna gəlməyib, direktorun xoşuna gələn rejissorun xoşuna gəlməyib, nəticədə müəyyən konfliktlər baş verib. Çox nadir hallarda direktor və baş rejissor bir-birinə dözür. Çox vaxt onlar yuxarı təşkilatlardan qorxub, çəkinib, dözüm nümayiş etdirirlər. Düşünürəm ki, hazırda Azərbaycan teatrında bu cür vəziyyət yoxdur və çox şükür ki, yoxdur. Bəzən deyirlər, kiminsə öz düşüncəsi, teatr haqqında öz anlayışı var, lakin bu, düzgün fikir deyil. Teatrın başında dayanan adam sükanı çəkməli, o birilər də onunla razılaşmalıdırlar. Mədəni formada bu durumla razılaşmalı, işləməlidirlər. Yoxsa kimsə etiraz edib deyir ki, “mən çox direktorlar görmüşəm, mən qalacağam filan...” Bu cür yanaşma düzgün deyil.
- Siz hazırda Azərbaycanda ən yaxşı teatr rəhbərindən kimin adını çəkə bilərsiniz?
- Çətin sualdır, ancaq mən deyərdim ki, bu gün İsrafil İsrafilov, Əliqismət Lalayev, Akif Məlikov, Ədalət Hacıyev kimi yaxşı teatr rəhbərləri var. Onlar işi bacaran adamlardı, işi apara bilirlər. Burda bir məsələ də baş rejissorla bağlıdır. Baş rejissor vəzifədir və mən hesab edirəm ki, baş rejissorun Azərbaycanın ən yaxşı rejissoru olmasını tələb etmək düzgün deyil. İstedadlı rejissor başqa şeydir, baş rejissor başqa şey. Ola bilər, mən çox istedadlı rejissoram, amma bacarıqlı baş rejissor olmayım.
- Siz də vaxtilə baş rejissor kimi fəaliyyət göstərmisiniz. Hazırda belə bir istəyiniz yoxdur?
- Nə direktor, nə də baş rejissor olmaq istəyirəm. Onların işləri ilə dərindən tanışam, özümü də çox yaxşı tanıyıram. Bir az sərt insan olduğuma görə bilirəm. Bəlkə də zahirən mülayim görünə bilərəm, amma işimdə çox sərtəm. Görürsünüz ki, icazəsiz heç kim içəri girə bilmir. Mən hansı rejimlə işləyirəm, o rejimlə də işçilərdən işləməyi tələb edirəm. Amma bu ağır rejimdir və hər adam buna tab gətirmir.
- Teatr Xadimləri İttifaqının dövlət teatrlarına göstəriş vermək hüququ varmı?
- Yoxdur, heç bir teatr bizə tabe deyil. Biz ictimai təşkilatıq, bizim elə imkanlarımız olsaydı, çox güclü olardıq.
- Siz eyni zamanda Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvüsünüz. Bədii Şura yaradılandan sonra hazırlanan yeni tamaşalardan Sizi daha çox qane edən hansı tamaşa olub?
- Bu müddət ərzində teatrda üç tamaşa hazırlanıb. Mən onlardan ikisində iştirak etmişəm. Rəhmətlik Vaqif İbrahimoğlunun “Vəziri xanı Lənkəran” tamaşasına baxdım, müsbət fikrimi də söylədim. O tamaşada Nurəddin Mehdixanlının komediya janrında çıxışını xüsusi vurğuladım. “Teleskop” tamaşasının baxışında isə səhhətimdəki problemlər səbəbindən iştirak edə bilmədim. Üçüncü tamaşaya Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasına da müsbət rəy verdim.
- Azərbaycanda gənc rejissorlara ustad dərsləri vermək fikriniz varmı?
- Gənc yaşlarımdan ustad dərsləri verirəm. 27 yaşında olarkən ABŞ-da, sonralar Böyük Britaniya, Almaniya, Rusiyada ustad dərsləri vermişəm, Azərbaycanda isə verməmişəm. Mən bu ittifaqın sədriyəm, özüm-özümü ustad dərslərinə sala bilmərəm axı... Moskvada Valeri Fonkinin rəhbərlik etdiyi teatr mərkəzində ustad dərsləri vermək üçün təklif almışam. Rusiyadakı rejissorların proqramı üç illik dolu olur və onlara müraciət edəndə ancaq üç ildən sonraya nəyisə planlaşdırmaq mümkündür. Elə məndə də iki ilə yaxın proqram doludur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoruyam və gənclərlə işləməyi çox sevirəm. Mənim kursum var, o kursda çox yaxşı tələbələrim var. Builki tələbələrimdən çox razıyam.
- Ustad olaraq tələbələrinizdən naxələflik görmüsünüz?
- Olub, bəli olub. Gözəl bir fransız misalı var - mən onu hədəfə atmağı öyrətdim və sonra hədəfə çevrildim. Bu, ən böyük ustadların başına gələn şeydir. Amma sonra həmin insan gec də olsa, səhvini başa düşür, başa düşəndən sonra ustadına qayıdır. Qayıdış hər zaman çox güclü olur. Hesab edirəm ki, qayıdacaqlar, qayıdanlar qayıtmayanlardan çox olub.
- Uzun illərdir, Akademik Milli Dram Teatrında Sizin tamaşalarınızı görmürdük. Bildiyimisə görə, yeni tamaşanın məşqlərinə başlayacaqsınız. Bunu Akademik Milli Dram Teatrına böyük qayıdış hesab etmək olarmı?
- Elə deməzdim. O teatr mənim üçün doğmadır və bunu hər zaman demişəm, insanlarını da çox sevirəm. Ümumiyyətlə, mən Azərbaycan teatrını sevirəm və bu, pafos deyil, doğrudan da belədir. Gürcü və ya rus teatrını görəndə “Axı niyə də bizdə belə olmasın” deyə düşünmüşəm. Bizdə imkan var, bəs ortada niyə heç nə yoxdur? Hər şey özümüzdən asılıdır. Biz çox şeyi bir-birimizə başqa cür çatdırırıq. Amma yığışıb, bir iş görsək, düşünürəm ki, ortaya çox maraqlı və səviyyəli işlər çıxarmaq olar. Azərbaycanda bu gün teatr rəssamları böyük problemdir, hərçənd ki, universitet və akademiya buraxır, amma teatrlarda bu işlə məşğul olan rəssamlar demək olar ki, yoxdur.
- Azərbaycanda teatr sahəsində ən güclü rejissor olaraq kimin adını çəkə bilərsiniz?
- Kimi istəyirdiniz?
- Dilinizə heç kimin adı gəlmədi?
- Bu təxribat xarakterli sualdır, mən də təxribata gedən adam deyiləm. Siz məni intriqaya salmaq istəyirsiniz?!
- Rejissor Bəhram Osmanov bizə müsahibəsində Sizin “Teatrlara rejissor lazım deyil, teatr direktorun teatrı olmalıdır” fikrinizə kəskin münasibət bildirmişdi...
- Bəhram Osmanov mənim adımdan nahaq çıxış edib, yaxşı olardı ki, öz adından danışsın. Sizin qarşınızda Bəhram deyil, Azər Paşa oturub. Teatr haqqında fikrilərimi isə bayaq dedim.
- Teatr Xadimləri İttifaqının növbəti qurultayı nə vaxt keçiriləcək? Yenidən öz namizədliyinizi irəli sürəcəksinizmi?
- Bunu zaman göstərəcək. Sizcə yorulmuşam? İttifaq sədri olmaq yaradıcılığımda durğunluq yaratmır.
- Yeni hazırlayacağınız tamaşa haqqında bir qədər məlumat verməyinizi istərdik...
- Bu barədə danışmaq istəmirəm. Tamaşa bir möcüzədir, gəlib, baxıb, o möcüzənin şahidi olmalısan.
- Akademik Milli Dram Teatrına bir çox xarici rejissorlar dəvət olunur. Sizi bir rejissor olaraq tamaşa hazırlamaq üçün xarici teatrlara dəvət edirlərmi?
- Xeyr!
- Səbəbini nədə görürsünüz?
- Özüm istəmirəm.
İncəsənət
Kadir İnanır vəfat edib
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Xəbər Lenti
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır