Bank Of Baku

Murad İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” filmi Karlovı Varı kinofestivalında nümayiş olunub

Murad İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” filmi Karlovı Varı kinofestivalında nümayiş olunub
# 12 iyul 2011 13:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Karlovı Varıda 46-cı beynəlxalq kinofestival keçirilib. İyul ayının birinci ongünlüyündə 40 minə yaxın tamaşaçı kinofestivalın müsabiqə və müsabiqədənkənar proqramlarına daxil edilmiş 200-dən çox bədii və sənədli filmə tamaşa ediblər. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən yaydığı xəbərə görə, festivalın qaydalarına uyğun olaraq müsabiqəyə ən geci keçən il çəkilmiş filmlər qəbul edilib. Festivalda qalib gəlmiş filmlərin adları təntənəli mərasimdə elan olunub. Avropanın aparıcı kino xadimlərinin daxil olduğu münsiflər heyətinin xüsusi mükafatı rejissor Viktor Ginzburqun “Generation P” adlı tammetrajlı filminə (Rusiya və ABŞ kinematoqrafçılarının birgə istehsalı) verilib. İsrailli rejissor Yozef Madmoninin “Bərpaçı” filmi festivalın “Büllur qlobus” baş mükafatına layiq görülüb. “Qərbdən Şərqə” müsabiqə seksiyasında “Generation P” filmi ilə yanaşı Nikolay Xomerikanın “Qəlbin bumeranqı” və rejissor Murad İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” filmləri də təqdim edilib. Hər iki film Rusiya, Azərbaycan və Bolqarıstan kinematoqrafçılarının birgə istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR