Bank Of Baku

Azərbaycanlı bəstəkarın mahnısı Çernoqoriyada keçirilən beynəlxalq festivalda səslənib

Azərbaycanlı bəstəkarın mahnısı Çernoqoriyada keçirilən beynəlxalq festivalda səslənib
# 12 iyul 2011 15:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı bəstəkar İsa Məlikovun “Power:Positive” mahnısı Çernoqoriyada keçirilən "Suncane Skale" beynəlxalq musiqi festivalında səslənib. Festival təşkilatçılarından APA-ya verilən məlumata görə, bu mahnı amerikalı ifaçı Glenys Vargas və britaniyalı reper Kevin Ettiene ifasında təqdim olunub. Mahnıda Azərbaycanın milli elementlərindən, saz, nağara və digər musiqi alətlərindən istifadə olunub. Glenys Vargas 2010-cu ildə albaniyalı ifaçı Juliana Pashanın bek-vokalı kimi çıxış edib. İsa Məlikovun musiqisinin ifaçılarını makedoniyalı rəqqaslar Jana Andrejeviç, Martina Srbinoska, İvan Angelovski, Dardan Selmani, Ljupcho Atanasov ve Marko Pesic ilə rəqsləri ilə müşayiət ediblər. Bu rəqqaslar “Euroivison” səhnəsində çıxış etmiş rəqqaslardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR