Bank Of Baku

Buxarestdə keçiriləcək beynəlxalq kinofestivalın müsabiqə bölməsində Azərbaycanı “Miras” sənədli filmi təmsil edəcək

Buxarestdə keçiriləcək beynəlxalq kinofestivalın müsabiqə bölməsində Azərbaycanı “Miras” sənədli filmi təmsil edəcək
# 14 iyul 2011 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi iyulun 18-dən 21-dək Buxarestdə keçiriləcək "15th Document.Art. International Film Festival" Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. F.Əhmədovun APA-ya verdiyi məlumata görə, festival çərçivəsində 30-dan artıq ölkənin 35 filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq. Festivalın seçim komitəsi bu il 55 ölkədən 1200-dən artıq audiovizual məhsulu əsas proqram üçün nəzərdən keçirib. Festivalda Azərbaycanla yanaşı ABŞ, Kanada, İtaliya, İspaniya, Çexiya, Polşa və digər ölkələrin kino məhsulları nümayiş olunacaq.
Xatırladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq müsabiqələrdə uğur qazanıb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə , SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.
Filmin ssenari müəllifi – Esmira Eyyub, quruluşçu operatoru – Fərid Bağırovdur.
Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR