Bank Of Baku

Azərbaycan təmsilçisi İtaliyada keçirilən festivalın finalına vəsiqə qazanıb

Azərbaycan təmsilçisi İtaliyada keçirilən festivalın finalına vəsiqə qazanıb
# 14 iyul 2011 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Romada keçirilən “Festa de noantre” milli festivalında Azərbaycanı təmsil edən Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə finala vəsiqə qazanıb. Bu barədə APA-ya məlumat verən Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bildirib ki, yarımfinalda iştirak edən 8 ölkə musiqiçisindən 4-ü finala keçib və azərbaycanlı vokalçı da onlar arasındadır: “Emin dünən Romada çox müvəffəqiyyətlə çıxış edib və qala-konsertdə iştirak etmək hüququ qazanıb. Dünyaca tanınmış müğənni Robertino Loretti onları şəxsən öz iqamətgahına dəvət edib. Eminin üzərində mənim zəhmətim var, çünki ona bu sənətdə ilk addımlarını atmaq üçün mən xeyir-duasını vermişəm. O, mənim gözümün qarşısında böyüyüb və onunla çox məşğul olmuşam. Əslində mən özüm də İtaliyaya getməli idim, ancaq başqa işlərim çıxdığına görə, alınmadı”.

Xalq artisti bildirib ki, Emin İtaliyaya valideynləri ilə birgə gedib və Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən onlara lazımi şərait yaradılıb. Azərbaycan vokalçısı festivalda “Osolemio” və “Camayka” mahnılarını ifa edib və iyulun 16-da qala-konsertdə də çıxış edəcək.

Qeyd edək ki, E. Eminzadə vokal üzrə Milli Konservatoriyanın dosenti Məryəm Babayevanın tələbəsidir. Gənc ifaçı Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin Musiqi Məktəbində təhsil alır. Eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR