Bank Of Baku

Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub

Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub
# 14 iyul 2011 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ötən gün Dövlət Akademik Milli Dram Teatrında Eduardo de Filipponun “Kabuslar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. APA-nın məlumatına görə, iki hissəli mistik tragikomediyanı Azərbaycan dilinə quruluşçu rejissor Nicat Kazımov tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada rəqslərə Sənan Hüseynli, səhnə tryuklarına İsa Əsədov quruluş verib.

Tamaşada xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, əməkdar artistlər Ayşad Məmmədov, Münəvvər Əliyeva, Məsmə Aslanqızı, Sevinc Əliyeva, aktyorlar Rövşən Kərimduxt, Elşən Rüstəmov, Həcər Ağayeva, Kəmalə Hüseynova, Rəşad Bəxtiyarov, Şəhla Əliqızı, Aslan Şirinov, Mətləb Abdullayev, Vüsal Mustafayev, Rada Nəsibova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Elçin Əhmədov iştirak edirlər.

Tamaşanın premyerasını bir çox teatr rəhbərləri də izləyib. “Kabuslar”ın rejissoru Nicat Kazımov bir çox tanınmış simaları da premyeraya dəvət edib. Onların arasında əməkdar artist Aygün Bəylər, Elnur Məmmədov, Röya Ayxan və Nura Suri də olub. Ancaq tamaşanı izləmək üçün Akademik Milli Teatrına deyildiyi vaxtdan gec gələn Röya və Nuraya elə bu səbəbdən də yer tapılmayıb. Müğənnilərə ikinci mərtəbədə oturmaq təklif olunsa da, bununla razılaşmayıb, tamaşaya baxmadan zalı tərk ediblər. Tamaşanın premyerası isə anşlaqla baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR