Bank Of Baku

İlhamə Quliyeva: “Mənim üçün doğum günüm ən böyük bayramdır”

İlhamə Quliyeva: “Mənim üçün doğum günüm ən böyük bayramdır”
# 14 iyul 2011 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva ad gününə hazırlaşır. İ. Quliyeva APA-ya açıqlamasında doğum gününün onun üçün ən böyük bayram olduğunu qeyd edib: “Hazırda istirahət edirəm. Avqustun 17-də doğum günümdür. Bu günə xüsusi hazırlaşıram. Qeyri-adi ad günləri eləməyi xoşlayıram, bu il də bəzi şeylər etməyi düşünürəm. Mənim üçün doğum günüm ən böyük bayramdır. Ona görə ki, həmin gün anam Tükəzban xanımın ruhu şad olur”.

Yay aylarında istirahət edəcəyini vurğulayan xalq artisti, sentyabrdan bəzi yeniliklərə imza atacağını deyib. İ. Quliyeva yeni mahnılar yazdırmağı planlaşdırır. Bu mahnılar arasında Sona Vəliyevanın sözlərinə bəstəkar Novruz Aslanın bəstələdiyi mahnını xüsusi qeyd edən sənətçi, yeni mahnıları sentyabrda lentə yazdırmaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR