Bank Of Baku

Azərbaycan Rusiyada VI Beynəlxalq İncəsənət Simpoziumunda iştirak edir

Azərbaycan Rusiyada VI Beynəlxalq İncəsənət Simpoziumunda iştirak edir
# 15 iyul 2011 15:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Rusiyanın Yelabuqa şəhərində keçirilən “Ornament-fest “Altın Çeçek” VI Beynəlxalq incəsənət simpoziumunda iştirak edir. APA-nın məlumatına görə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Çin, Qırğızıstan, Rusiya və Ermənistandan olan 35 iştirakçının qatıldığı simpozium Yelabuqa Dövlət Muzey-qoruğu tərəfindən təşkil olunub. Simpoziumda Azərbaycanı Beynəlxalq Muzeylər Şurasının Milli Komitəsinin Rəyasət Heyətinin üzvü, tarixçi və yazıçı Əfqan Şəfiyev təmsil edir. “Altın çeçek” simpoziumunun xüsusiyyətlərindən biri onun texniki təsvir və dekorativ tətbiqi incəsənət müxtəlifliyidir. İş prosesində yalnız qrafiki və rəsm əsərləri deyil, həmçinin parça və başqa materiallardan istifadə olunmuş işlər təqdim olunacaq.

“Ornament-fest “Altın Çeçek” Beynəlxalq simpoziumu öz işini iyulun 18-də başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR