Bank Of Baku

Müslüm Maqomayevin ad günü ərəfəsində “Oxuyur Müslüm Maqomayev” filmi bərpa edilərək elektron formata köçürülüb

Müslüm Maqomayevin ad günü ərəfəsində “Oxuyur Müslüm Maqomayev” filmi bərpa edilərək elektron formata köçürülüb
# 18 iyul 2011 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin ad günü ərəfəsində “Oxuyur Müslüm Maqomayev” filmi bərpa edilib və elektron formata köçürülüb. Azərbaycan Dövlət Film Fondunun Rusiya Teleradio Fondu ilə birgə bərpa olunan filmin rejissoru Tofiq İsmayılovdur. Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, film 1971-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunub. Filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

R.Qasımov bildirib ki, bununla bərabər Riqanın şəxsi arxivindən Dövlət Film Fonduna Müslüm Maqomayevin 10-a yaxın nadir foto-sənədlərin neqativləri daxil olub. Bunlar Riqa Kinostudiyasının keçmiş əməkdaşı tərəfindən Film Fonda təqdim edilib.
Qeyd edək ki, avqustun 17-də sənətkarın anadan olmasının 69-cu ili tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR