Bank Of Baku

Tahir Salahova “Vətən övladı” ordeni təqdim edilib - FOTOSESSİYA

Tahir Salahova “Vətən övladı” ordeni təqdim edilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyul 2011 13:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, xalq rəssamı, akademik Tahir Salahova “Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası” jurnalı tərəfindən “Vətən övladı” ordeni təqdim edilib. APA-nın məlumatına görə, “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov “Vətən övladı” ordenini Tahir Salahova təqdim edib. E. İsmayılov bildirib ki, Tahir Salahov bu ordenə türk mədəniyyətinin təbliğində, Azərbaycanın incəsənətinin dünyada yayılmasında, eyni zamanda gənc rəssamlara verdiyi dəstəyə görə layiq görülüb: “Bu mükafatın təsis olunmasında əsas məqsəd bütün Türk dünyasını birləşdirməkdir. Bu mükafatı o insanlara təqdim edirik ki, onlar həqiqətən də bu yolda müstəsna xidmətlər göstəriblər. Ən əsas məqam odur ki, bu mükafatın adı “Vətən övladı”dır və “Dədə Qorqud” ordeni adlanır. Bir bu mükafatı biz təkcə Azərbaycanın tanınmış insanlarına deyil, eyni zamanda Azərbaycana yaxşı münasibətləri olan qeyri-dövlətlərin vətəndaşlarına da veririk”.
E. İsmayılov 10 ildə sözügedən mükafata 36 nəfərin layiq görüldüyünü vurğulayıb: “Bu mükafat xalqın, cəmiyyətin mükafatıdır. Elə bu səbəbdən də olduqca ciddi, vacib və təqdirəlayiq mükafatdır”.

“Vətən övladı” mükafatını yüksək qiymətləndirən T. Salahov onu bu ordenə layiq görən insanlara minnətdarlığını bildirib: “Bu mükafata layiq görüləndə mənə Moskvaya zəng etdilər. Mükafata layiq görülməyim əməyimin xalq tərəfindən də qiymətləndirilməsinin nümunəsidir. Bu gün sinəmə bu ordenin taxılması mənim üçün bayramdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR