Bank Of Baku

Azərbaycanın xalçaçı-rəssamının əsərləri Türkiyədə keçiriləcək sərgidə nümayiş olunacaq

Azərbaycanın xalçaçı-rəssamının əsərləri Türkiyədə keçiriləcək sərgidə nümayiş olunacaq
# 18 iyul 2011 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 20-dən 28-dək Türkiyənin İstanbul şəhərində “Qızıl əllər” adlı rəsm sərgisi keçiriləcək. Sərgidə Türkiyənin və müxtəlif ölkələrin rəssamlarının əl işləri təqdim olunacaq. APA-nın məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycanı sərgidə xalçaçılıq üzrə məşhur rəssam Baladayı Hüseynov təmsil edəcək. Sərgidə onun “Qobustan”, “Xəyal”, “Maska” xalçaları, həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xalça üzərində şəkli təqdim olunacaq.

Baladayı Hüseynov, həmçinin Heydər Əliyevin hazırda Heydər Əliyev Fondunda eksponat kimi saxlanılan portretini də toxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR