Bank Of Baku

Akademik Milli Dram Teatrının aktrisası Moskvada keçirilən Beşinci Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib – FOTO

Akademik Milli Dram Teatrının aktrisası Moskvada keçirilən Beşinci Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib – <font color=red>FOTO </font>
# 19 iyul 2011 12:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Şahvələdqızı Moskvada keçirilən Beşinci Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib. Layihə Rusiya Federasiyasının (RF) rəhbərliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, RF Teatr Xadimləri İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbində iştirak etmək üçün Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva (Şəlalə Şahvələdqızı) və “Can as” studiyasından Mahir Cananov (Sumqayıt) dəvət olunublar. Məktəbin işində Abxaziya, Azərbaycan, Ermənistan, Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, Qazaxıstan, Kosta-Rika, Qırğızıstan, Latviya, Monqolustan, Moldova, Portuqaliya, Rumıniya, Rusiya, ABŞ, Türkmənistan, Özbəkistan, Ukrayna, Çexiya Respublikası və Estoniyadan 85 gənc aktyor iştirak edib. Bir ay ərzində iştirakçılar Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq səviyyələrini yüksəldiblər.

Bu il layihənin fəaliyyətinin 5 ili tamam olur. Bu müddət ərzində məktəb dünyanın 38 ölkəsindən 400 aktyor üçün ikinci əsl sənət məktəbinə çevrilib. Ənənəyə uyğun olaraq bu il də layihə çərçivəsində Aleksandr Kalyagin, Lev Dodin, Adolf Şariro, Andrey Moquçiy, Sergey Yenovaç, Andrey Xryanovski, Konstantin Boqomolov kimi görkəmli teatr xadimləri ustad dərsləri keçiblər. Layihə çərçivəsində 4 tamaşa (2 dramatik, 1 kukla, 1 plastik) hazırlanıb. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serruxov teatr meydanlarında nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR