Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri: “Babacanyan Üzeyir Hacıbəylidən oğurluq edib, onun “Vaqarşabat rəqsi” plagiatdır”
K. İmanovun bildirdiyinə görə, erməni bəstəkarları Komitas və Babacanyanın Üzeyir Hacıbəylinin musiqisi əsasında yenidən işlədikləri rəqsləri hətta plagiat kimi yox, törəmə əsər kimi götürülsə belə, onlar Üzeyir bəyin əsərindən qat-qat “cavandır”: ““Vaqarşabat rəqsi”nin 1944-cü ildə “yaradıldığı” müəyyən edilib. Əslində, Babacanyanın “Vaqarşabat rəqsi” kimi təqdim edilən “əsər” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” adlı operettasından mənimsənilib və plagiatdır. Amma çox sonralar, keçən əsrin 80-ci illərində Babacanyan mərkəzi televiziya verilişlərinin birində çıxış edərkən Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının “kökləri”ni Qarabağın hansısa erməni kəndlərindən birində oxunan melodiyalarda “tapmış” və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda günahlandırmağa cəhd göstərmişdi. Bununla yanaşı, o özünə də haqq qazandırmağa çalışıb, “Vaqarşabat rəqsi”nin melodiyasının Üzeyir bəydən yox, erməni xalq musiqisindən götürüldüyünə işarə verirdi”.
Azərbaycanlıların əvvəllər erməni mədəni oğurluqları barədə susduqlarını etiraf edən K. İmanovun fikrincə, bu gün erməni plagiatlığının belə geniş yayılmasının bir səbəbini də məhz bunda axtarmaq lazımdır: “Amma gec də olsa, indi susmamalıyıq və hər şeyi olduğu kimi danışmalıyıq. Onu da qeyd etməliyik ki, ermənilər qədim Azərbaycan ərazisində-Qərbi Azərbaycanda özlərinə dövlət yaratdıqdan sonra Azərbaycan xalq mahnı və rəqslərini nota köçürərək mənimsəməyə başlayıblar. Bu məqsədlə 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi ilə məşğul olan xüsusi bölmə yaradıldı. Bu bölmənin əsas məqsədi Qərbi Azərbaycanın qədim torpaqlarında xalq musiqimizi və rəqslərimizi nota almaqdan ibarət idi. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S. Komitasın şagirdi S. Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S. Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, sozügedən rəqsin də daxil olduğu üç mindən artıq musiqini (mahnını) yazıya köçürüb ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Odur ki, Komitası uzun müddət bəstəkar kimi yox, etnoqraf kimi təqdim edirdilər. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri də “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi verilmiş qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, c. 1, № 56). Başqa mahnılar sırasında “Sarı gəlin” də S. Məlikyan tərəfindən Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunub. Bu kompilyasiya “SSRİ xalqları musiqisi tarixi”ndə (1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K. Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilib. Bu musiqi oğurluğunun təkrarı ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, “erməni xalq mahnısı”dır. Amma plagiat plagiatdır”.
Müəllif Hüquqları Agentliyinin rəhbəri məsələyə yanaşmada erməni etiraflarına diqqət yetirməyi də məsləhət görüb, bununla hər şeyin aydın olacağını vurğulayıb: “Məsələn, XIX əsrin məşhur erməni xadimlərindən biri olan M. Nalbandyan yazırdı ki, “erməni melodiya və havalarının çoxu türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı çox yerdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman-hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərinin tam külliyyatı, c. 1). Bu isə Q. Ağayanın məşhur fikridir: “Bu dil (Azərbaycan) ermənilər üçün doğma kimidir. Məhz buna görə də biz azərbaycanca oxuyuruq”. Məşhur mütəxəssis A.Koroşşenko “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı ki, “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”, 1896). Sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə məşğul olmuş erməni bəstəkarı və musiqişünası Sp. Məlikyan da onun nöqteyi-nəzəri ilə həmfikir idi. M. Muradyan və Q. Tiqranovun da redaksiya heyətinə daxil olduğu “SSRİ xalqları musiqisinin tarixi”ndə (M., 1970) bu barədə belə yazılıb: “O, xalq musiqisini toplamaq və yazmaq məqsədi ilə ekspedisiya işlərində müntəzəm iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi”. Məhz, bu səbəbdən M. Muradyan “XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən” əsərində Sp. Melikyanın fikrini əsaslandıran “təsir nəzəriyyəsi”ni kəskin tənqid etmişdi, çünki bu nəzəriyyəyə əsasən, “erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığımından ibarətdir”. Mən erməni etiraflarının və nəticə etibarı ilə onların plagiatçılıq əməllərini təsdiq edən misalların sayını artıra da bilərəm. Amma söylədiklərim də sübut edir ki, ermənilərin Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin motivləri əsasında çəkilmiş eyni adlı filmin qonaqlıq səhnəsində səsləndirilən musiqini oğurlayaraq erməni nümunəsi kimi təqdim etmələrinin də heç bir əsası və kökü yoxdur. Bu, sadəcə, növbəti erməni plagiatlığından başqa bir şey deyil”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-4
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB