Bank Of Baku

Oqtay Mirqasımovun “Ovsunçu” filmi “Qızıl Minbər” Beynəlxalq kinofestivalında iştirak edəcək

Oqtay Mirqasımovun “Ovsunçu” filmi “Qızıl Minbər” Beynəlxalq kinofestivalında iştirak edəcək
# 21 iyul 2011 13:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tatarıstanın paytaxtı Kazanda sentyabrın 6-dan 11-dək “Qızıl Minbər” VII Beynəlxalq müsəlman filmləri kinofestivalı keçiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən yaydığı xəbərə görə, seçim komissiyası iyulun 20-dən başlayaraq müsabiqədə iştirak edəcək filmləri müəyyənləşdirir. Müsəlman ölkələrində ekranlaşdırılmış 40-dək filmin nümayiş etdiriləcəyi festivalda Azərbaycan Oqtay Mirqasımovun “Ovsunçu” filmi ilə təmsil olunacaq. Film Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə baş vermiş hadisələrdən bəhs edir.
Filmdə aparıcı rolları tanınmış aktyorlar Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR