Bank Of Baku

Qəbələdə keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin qalibinə 30 min dollar pul mükafatı verilib

Qəbələdə keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin qalibinə 30 min dollar pul mükafatı verilib
# 22 iyul 2011 23:41 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən pianoçuların II beynəlxalq müsabiqəsi başa çatıb. APA-nın məlumatına görə iyulun 21-22-də “Qafqaz Resorte” otelində keçirilən müsabiqənin final mərhələsində Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Aleksandr Vaşadze, Anna Kipiani (Gürcüstan), Ketevan Cakarataşvili (Gürcüstan), Aleksandr Samoilov, Andrey Yaroşinski (Rusiya) Avropa və dünya bəstəkarlarının əsərlərini ifa edib. Gəncləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşaiyət edib.
Sonda 12 nəfərdən ibarət münsiflər heyətinin qərarı açıqlanıb. Müsabiqənin qalibi Andrey Yaroşinski (Rusiya) 30 min dollar, ikinci yeri tutan pianoçular - Mizuho Nakada (Yaponiya) və Ketevan Cakarataşvili (Gürcüstan) hər biri 10 min dollar və üçüncü yerin sahibi Anna Kipiani (Gürcüstan) 10 min dollar pul mükafatı alıb. Bundan əlavə Aleksandr Vaşadzeyə (Gürcüstan) Tofiq Quliyevin “Qaytağı” əsərini ən yaxşı ifa etdiyi üçün 1000 dollar pul mükafatı verilib. Fərhad Bədəlbəyli və Dmitri Yablonski gənc pianoçulardan Nərgiz Kəngərli (Azərbaycan) və Aleksandr Samoilovun (Ukrayna) hər birinə özlərinin fərdi mükafatlarını - 500 evro pul mükafatı təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR